Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı konsert keçiriləcək. Gecədə “Rast” muğam dəstgahı təqdim olunacaq.
   Konsertdə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov çıxış edəcək.
   Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək konsertdə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.