Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdində “Azəri Kalqari ulduzları” (Azeri Calgary Stars) adlı uşaq rəqs qrupu təşkil edilib. Qrup Kalqaridə müxtəlif tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan mədəniyyətini və musiqisini tanıdır. 
   Sentyabr ayında isə “Azəri Kalqari ulduzları” uzun seçimlərdən sonra ABŞ-ın Kaliforniya ştatında yerləşən “Disneylənd” əyləncə mərkəzində çıxış etməyə haqq qazanıb. Rəqs qrupunun çıxışı eyni zamanda Azərbaycan musiqisinin hər gün minlərlə insanın ziyarət etdiyi “Disneylənd” əyləncə mərkəzində ilk təqdimatı olub. Azərbaycanlı uşaqların ifaları ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb.