Rusiyanın Xalq artisti, dünya şöhrətli vokalçı Anna Netrebko (soprano) və onun həyat yoldaşı, Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) Asiya-Avstraliya turu çərçivəsində Seul İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər. Koreya Simfonik Orkestrinə Mixail Tatamikov dirijorluq edib. Konsertdə Azərbaycanın Əməkdar artisti Elçin Əzizov (bariton) da çıxış edib.