Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycan turizminin xarici ölkələrdə təbliği məqsədilə fəaliyyətini davam etdirir. Mərkəz ay ərzində keçirilən mədəniyyət, turizm və idman tədbirlərinin afişalarını Rusiyadakı tərəfdaşlarına göndərir və Sankt-Peterburq, Kazan və Kalininqrad turizm informasiya mərkəzlərində yerləşdirir.
   Eyni zamanda Bakı Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq edən turizm informasiya mərkəzlərindən hər ay müvafiq şəhərlərdə keçirilən kütləvi tədbirlərin afişa məlumatını qəbul edir və sosial şəbəkədə yerləşdirir.
   Bakı Turizm İnformasiya Mərkəzi həmçinin digər turizm informasiya mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, onlara praktiki köməkliyin göstərilməsi, metodiki təlimat və tövsiyələrlə təminatını həyata keçirir.
   Turizm informasiya mərkəzlərinin fəaliyyətinin əsas istiqamətləri üzrə yeni hazırlanan metodiki tövsiyələr müvafiq regional turizm informasiya mərkəzlərinə göndərilib.