Oktyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə "Müstəqillik dövründə Azərbaycan təsviri sənətinin inkişafı" mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
   Konfransda müstəqillik dövründə rəngkarlıq və qrafika sənətinin, heykəltəraşlığın, dekorativ-tətbiqi sənət və dizaynın, memarlığın inkişafı mövzularında məruzələr dinləniləcək. 
   İştirak etmək istəyənlər kafedraya müraciət edə bilərlər.
   
   S.Qaliboğlu