Hər il oktyabr ayında keçirilən “İtalyan dili həftəsi” dünyada italyan dilini təşviq etmək məqsədilə təşkil edilir. Builki “İtalyan dili həftəsi” kino sahəsinə həsr edilib.
   Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari oktyabrın 6-da “Ləndmark”da “İtalyan dili həftəsi”nə həsr olunmuş mətbuat konfransında deyib.
   Diplomat bildirib ki, “Kino italyan dilində, italyan dili kinoda” mövzusunda builki tədbirlərin açılışı oktyabrın 16-da gerçəkləşəcək. 
   Mərasimdə “Oskar” mükafatı almış italyan filmlərindən musiqilər səslənəcək. Oktyabrın 23-dək davam edəcək layihə çərçivəsində bir sıra filmlər nümayiş ediləcək, təqdimatlar, master-klaslar olacaq. Həmçinin festival çərçivəsində yeni filmlərin təqdimatı da nəzərdə tutulur.
   Qeyd edək ki, “İtalyan dili həftəsi” 2001-ci ildən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.