Nizami rayon MKS-nin Mərkəzi kitabxanasında Almas İldırımın (1907-1952) anadan olmasının 110 illiyinə həsr edilmiş “Vətənə həsrət şair” mövzusunda seminar-məşğələ keçirilib.
   Tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Almas İldırımın keşməkeşli həyat yolundan, onun doğma Azərbaycana olan böyük məhəbbətindən söhbət açılıb. Çıxış edənlər ömrünün böyük hissəsini mühacirətdə, Türkiyədə yaşamağa məcbur olmuş şairin şeirlərində çəkdiyi iztirabların, böyük həsrətin ifadəsini tapdığı vurğulanıb. 
   Seminar-məşğələ iştirakçılarına kitabxananın metodika-biblioqrafiya şöbəsinin işçilərinin tərtib etdiyi “Vətənə həsrət şair” adlı metodik və biblioqrafik vəsaitlər paylanıb. Kitabxananın fəal oxucularının ifasında şairin yaradıcılığından seçmələr əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.