Oktyabrın 14-15-də Azərbaycan Milli İncəsənət Muzeyində qeyri-adi sərgi keçiriləcək.
   Prezident yanında Gənclər Fondundan verilən məlumata görə, Azərbaycanın aparıcı rəssamlarının 7 əsəri yenilikçi texnologiyaların təfsirində təqdim ediləcək. Zalda Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə və başqa tanınmış ustaların əsərləri nümayiş olunacaq. Orijinal (kətan üzərində) işlərin yanında xüsusi 3D printerdə çap olunmuş rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri nümayiş etdiriləcək. 
   Layihənin başlıca məqsədi XX əsr azərbaycanlı rəssamların əsərlərini və texnikalarını müasir texnologiya ilə nümayiş etdirməkdir. Sərgi Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Aysel Hüseynovanın təşəbbüsü, Azərbaycan Milli İncəsənət Muzeyinin və “247RAARE” şirkətinin dəstəyi ilə keçirilir.