Oktyabrın 16-da Abdulla Şaiqin ev-muzeyində pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlünün “Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi”nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimatı keçiriləcək. Muzeydən bildirilib ki, təqdimat “Şaiq Nümunə məktəbi”nin yüz illiyinə həsr olunmuş tədbirlər silsiləsinə aiddir. Tədbirdə yeni tədqiqat əsəri haqqında geniş məlumat veriləcək.