Oktyabrın 13-də Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.
   Səfirliyin Mədəniyyət və tanıtma müşavirliyindən verilən məlumata görə, ilkin olaraq Bakı Dövlət Universitetində tədbirin açılışı keçiriləcək. Mərasim çərçivəsində filmlərin nümayişi ilə yanaşı, panel müzakirələrin keçirilməsi də nəzərdə tutulub.
   Axşam Nizami Kino Mərkəzində festivalın qala gecəsi və mükafatlandırma mərasimi olacaq.