Beynəlxalq elmi konfrans keçiriləcək
   
   Oktyabrın 26-27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
   AMK-dan bildirilib ki, tədbirdə Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etnomusiqişünasların, musiqi tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.
   Konfransda “Musiqi ənənələrində qoruyucu mexanizmlər və funksional sistemlər”, “Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi”, “Etnomusiqişünaslıqda müasir tədqiqat yanaşmaları” və digər mövzularda məruzələr dinləniləcək.