Rusiyanın “TurStat” analitik agentliyi MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb.
   Reytinq 2017-2018-ci ilin qış mövsümündə turistlərin yerləşdirilməsi üçün onlayn-bron sistemində tutulan yerlərin sayı barədə məlumatların təhlilinin nəticələrinə əsasən təqdim edilib.
   Azərbaycandan Şahdağ Turizm Mərkəzi MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib. MDB-nin ən yaxşı dağ-xizək kurortlarında ilk yerləri Çimbulak (Qazaxıstan) və Siliçi (Belarus) tutur. Qəbələ rayonunda yerləşən Tufandağ dağ-xizək kompleksi də birinci onluqdadır. MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7-10 gün müddətinə planlaşdırılır.
   Şahdağ və Tufandağda istirahətin turistik büdcəsi yaşayış yeri və yemək xərci də daxil olmaqla, orta hesabla sutkada 90 dollar təşkil edir.