Oktyabrın 11-də Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunub. Mərkəzdə davamlı olaraq keçirilən kino nümayişinə bu dəfə 10 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllimləri gəlib. 
   Mərkəzin bələdçisi Nurlanə Muradova öncə şagirdləri buradakı ekspozisiya ilə tanış edib, mərkəzdə fəaliyyət göstərən dərnəklərlə bağlı məlumat verib.
   Mərkəzin direktoru Aytən Zülfəliyeva kino zalında qonaqları salamlayıb və vətənpərvərlik mövzusunda olan filmi seyr etməyə dəvət edib. 
   1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edən ekran əsəri maraqla qarşılanıb.