Bakıda başqırdıstanlı fotoqrafın sərgisi
   
   Oktyabrın 13-də İçərişəhədəki NUR Art House qalereyasında Rusiya Federasiyası Başqırdıstan Respublikasından fotorəssam və jurnalist Svetlana Komkovanın Azərbaycan təbiəti haqqında təəssüratlarından ibarət “Sən məni çağırırsan, Azərbaycan” adlı sərgisi açılacaq. 
   Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Fotorəssamlar Birliyinin Başqırdıstan Şöbəsi və Azərbaycan Fotoqraflar Birliyidir. İki ölkə fotoqraflar təşkilatının qarşılıqlı əlaqələrinin bəhrəsi olan eksperimental sərgi müəllifin Azərbaycana beşgünlük səfərinin təəssüratları haqqında fotoreportajdır. 
   Sərginin fərqli cəhətlərindən biri də Başqırdıstanda yaşayıb-yaradan Svetlana Komkovanın bir kökdən doğan xüsusiyyətləri, ortaq mədəni dəyərləri qabartması, Ufa sakinlərinə Azərbaycanı Şərq mədəniyyətinin dəyərləri ilə Avropanın özəlliklərini özündə birləşdirən, geniş turizm potensialına malik ölkə kimi tanıtmaq istəyidir.
   Onun fikrincə, fototur yalnız tanışlıq səfəri deyil, birinci növbədə Azərbaycan və Başqırdıstan arasında sosial və mədəni sahələrdə əlaqələrin qurulmasıdır. S.Komkova Rusiyada “Mən dünyanı belə görürəm!” internet jurnalının rəhbəridir.
   
   S.Qaliboğlu