Bakı Dövlət Universitetində (BDU) Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə iki universitet arasında “Erasmus+Kao1” tələbə-müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb.
   BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm və təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıb.
   Professor Eva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, Azərbaycan tarixi kafedrasının fəaliyyətindən bəhs edib. Azərbaycanla əlaqələrinin tarixindən söz açan qonaq vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsində ərəb dili üzrə təhsil aldığını deyib. Bildirib ki, daha sonra Leypsiq Universitetində rus dili tərcüməçiliyi üzrə, 1985-ci ildə isə Qrayfsvalt Universitetində müasir tarix üzrə doktorluq elmi dərəcəsi alıb. Almaniyalı professor əlaqələrin bundan sonrakı inkişafında da maraqlı olduğunu vurğulayıb.