Müasir Avstriya poeziyasının tanınmış nümayəndəsi, beynəlxalq mükafatlar laureatı, şair Karl Lubomirski Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin tələbələri ilə görüşüb.
   Qonaq alman dili ixtisası üzrə təhsil alan tələbələrə Avstriya ədəbiyyatından, məşhur alman şairi, Nobel mükafatı laureatı Günter Qrafla bağlı xatirələrindən, həyat və yaradıcılığından danışıb. 1962-ci ildən İtaliyada yaşamasına və bu dili mükəmməl bilməsinə baxmayaraq, əsərlərini yalnız almanca yazdığını vurğulayan Karl Lubomirski deyib: “Mən alman dilində sözlərin hərarətini hiss edirəm”.
   Əsərlərinin 22 dilə tərcümə olunduğunu deyən K.Lubomirski bildirib ki, tərcüməçilik zəhmətkeşlik tələb edən bir işdir.
   Görüşdə şairin bu yaxınlarda Azərbaycanda çapdan çıxmış “Özümdən elə uzağam” şeirlər kitabı gənc oxuculara təqdim olunub. Kitabı dilimizə tanınmış tərcüməçi Çərkəz Qurbanlı çevirib.