Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. 
   Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib. Fondun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. 
   Növbəti görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Dövlət Pedaqoji Kollecində olub. Görüşdə AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda mühazirəsi dinlənilib.