Oktyabrın 25-də Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaq. Tamaşa 109-cu mövsümün ilk premyerasıdır.
   Cahangir Cahangirovun 1978-ci ildə qələmə aldığı “Xanəndənin taleyi" operası həmin ildə səhnəyə qoyulub. Əsər XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir.
   Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi. Yeni quruluşda isə əsas qəhrəmanın obrazını teatrın solisti, Əməkdar artist İlkin Əhmədov yaradacaq.