Oktyabrın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək. Tədbir XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797) 300 illiyinə həsr olunub.
   Tədbirdə şairin qəzəl və qoşmalarından nümunələr, saz havaları səslənəcək. Respublika İncəsənət Gimnaziyasının şagirdləri S.Vurğunun “Vaqif” dramından səhnəcik göstərəcəklər.