Türkiyənin Muğla Sıtkı Koçman Universitetində “Turizm və mədəni miras” mövzusunda beynəlxalq konqres keçirilib. Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətdə Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini, dosent Flora Ələsgərova da yer alıb. 
   Onun sözlərinə görə, konqresdə qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektləri diqqət mərkəzində olub, turizm, mədəni irs, milli mətbəx, qastronomiya və digər mövzularda bölmə iclasları keçirilib. İclaslarda türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət-ənənələrlə bağlı elmi məruzələr dinlənilib.
   Qeyd edək ki, 2012-ci ildə ATMU ilə Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.