Oktyabrın 15-də Lənkəran Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. 
   İki gəncin nakam məhəbbətindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. 
   Maraqla qarşılanan tamaşada rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev, Zemfira Əhmədova, artistlərdən Səyad Əliyev, Şahrud Mehdiyeva, Allahverən Babayev, Niftulla Əsgərov, Əlibala Əsgərov, Miraslan Ağayev, Hikmət Cəfərov, Günel Abbaszadə, Rauf Zeynalov, Nizami Qurbanov, Elvin Abdullayev oynayıblar.