Oktyabrın 17-də 34-cü Tehran Beynəlxalq Qısametrajlı Filmlər Festivalı başlayıb. Ayın 22-dək davam edəcək festivala 100-dən çox ölkədən filmlər göndərilib.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi də festivalda iştirak edir. Ə.Nəcəfi kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. “Səs” filmi İranın Gənc Kinematoqrafçılar Birliyi və ADMİU-nun birgə layihəsi kimi istehsal olunub. Çəkilişlər İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. 
   “Səs” filmi bundan öncə 13-cü Kazan Beynəlxalq Film Festivalında, Livanda və Bosniya və Herseqovina qısametrajlı filmlər festivallarında mükafata layiq görülüb. Həmçinin film yaxın müddətdə Gürcüstan, Türkiyə, Rusiyada keçiriləcək festivalların nümayiş proqramına daxil edilib.
   
   Fariz