Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi aşıq İsfəndiyar Rüstəmovun 80 yaşı tamam olur. Aşıq sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan sənətkar 1937-ci ildə Gədəbəy rayonunda anadan olub. O, 1964-cü ildə Gədəbəydə ilk aşıq ansamblını yaradıb, respublikada və xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edib. Saz-söz sənətinin inkişafı naminə bu gün də yorulmadan çalışan İ.Rüstəmov Aşıqlar Birliyinin Gədəbəy rayon şöbəsinə rəhbərlik edir. Oktyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcək.