Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən rektor İlham Mədətov 1991-ci ilin 18 oktyabrının ölkəmizin tarixində ən şərəfli günlərdən biri olduğunu vurğulayıb. ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, dosent Məhərrəm Zülfüqarlı, Bünyamin Qənbərov və digər iştirakçılar ötən 26 ildə müstəqillik tariximizə nəzər salıb, əldə olunan nailiyyətlərdən, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunun bu gün uğurla davam etdirildiyini qeyd ediblər.