Rejissor Şamil Əliyevin “Çölçü” filmi Çikaqo Beynəlxalq film festivalının (Chicago İnternational Art-House Film Festival) müsabiqəsini uğurla adlayaraq finala çıxıb. Ekran əsəri bu mərhələdə iki mükafat uğrunda namizəd kimi mübarizəyə qatılıb: “Ən yaxşı bədii film” - Antonioni mükafatı; “Ən yaxşı rejissor” - Tarkovski mükafatı.
   Mükafatlandırma mərasimi noyabrın 12-də keçiriləcək.
   Qeyd edək ki, 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsalı olan “Çölçü” bədii filmi indiyədək 30-dan çox beynəlxalq kinofestivalda və forumlarda iştirak edərək müxtəlif mükafatlar, diplomlarla təltif olunub. Ekran əsəri 2013-cü ilin “Humay” milli mükafatına layiq görülüb. Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.