Respublika konfransı keçiriləcək
   
   Noyabrın 23-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalqımızın ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olan dövlət xadimi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr olunan “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək.
   Konfransda “Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri”, “Azərbaycan dövlətçilik tarixində Şah İsmayılın yeri və Səfəvilər dövləti”, “Şah İsmayıl Xətai dövründə mədəni həyat və orta əsrlər Azərbaycanının kulturoloji problemləri”, “Şah İsmayıl Xətai dövrü və sonrakı əsrlərdə təzkirəçilik, salnaməçilik və tərcümə sənətinin başlıca simaları, mühüm əsərləri və yaratdıqları ənənələr”, “Şah İsmayıl Xətai dövründə Azərbaycan əlyazma sənəti və orta əsrlər miniatür, kalliqrafiya, kitab tərtibi sənətinin inkişaf mərhələləri” və digər mövzular müzakirə olunacaq. Məruzələrin tezisləri noyabrın 5-dək qəbul olunur.