Məşhur dilçi və ədəbiyyatşünas Viktor Jirmunskinin kitabı Azərbaycan dilinə tərcümə olunub
   
   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb.
   Məşhur rus-sovet dilçisi və ədəbiyyatşünası, SSRİ EA-nın akademiki, Avropanın bir sıra akademiyalarının fəxri üzvü - Viktor Maksimoviç Jirmunskinin (1891-1971) kitabı alman və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı - “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat mənbəyidir.
   Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Etimad Başkeçid tərəfindən dilimizə tərcümə edilən kitaba ön sözün müəllifi akademik Muxtar İmanovdur.