Oktyabrın 23-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "HəArt" art-konsaltinq qrupunun həyata keçirdiyi "İncəsənətə HƏ" layihəsi çərçivəsində "Biri var idi, biri yox idi..." sərgi layihəsinin açılış mərasimi olacaq. 
   Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif yaşlarda olan uşaq və yeniyetmələrin təsviri və tətbiqi incəsənət əsərləri nümayiş etdiriləcək. 
   Sərginin mövzusu nağıllardır, çünki nağıllar bütün yaşdakı insanları birləşdirən unikal, eyni zamanda qeyri-adi dünyadır. Əsas hədəf incəsənət sahəsinin Azərbaycan uşaqlarının təhsil prosesində, eləcə də onların şəxsiyyətinin formalaşmasında əhəmiyyətini, habelə təhsil prosesinin məcburi tərkibinə çevrilməsi mövzusunu gündəmə gətirməkdir.
   
   Soltan