“Xəzər” jurnalının yeni sayında
   
   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb. Jurnalın budəfəki sayında Peter Handkenin “Solaxay qadın”, 2017-ci ilin Nobel mükafatçısı Kazuo İşiquronun “O günlərdən qalanlar” romanları, Şarl Bodler, Pol Verlen, Artur Rembonun şeirləri, Natiq Səfərovun çevirməsində Con Steynbekin “Basqın” hekayəsi və digər əsərlər yer alıb.
   Nəşrin digər rubrikalarında Ezra Paundun “Keçmişə baxış və edilməməli bəzi şeylər” essesi, Mirça Kertereskunun hekayələri, Toni Morrisonun “Evə qayıdış” romanı da dərc olunub.