Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Gənclər və İdman Nazirliyi bölgələrdə gənc rəssamların əsərlərindən ibarət “Təsviri sənət” sərgisi keçirəcək. Sərgidə 14-29 yaş arası rəssamlar iştirak edə bilərlər. İştirakçılar rəngkarlıq və qrafika texnikalarında işlənmiş sərbəst mövzuda rəsm işləri təqdim etməlidirlər. 
   Qrafika işləri A3 və A4, rəngkarlıq işləri isə maksimum 100x100 sm ölçüsündə ola bilər. Əl işləri noyabrın 10-dək Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksinə təqdim edilməlidir. 

   S.Qaliboğlu