Caz festivalının proqramı bu dəfə də müxtəlif tədbirlər - uşaq caz konsertləri, kino-caz günləri, caz sənətinə həsr olunan ustad dərsləri, seminarlar və film nümayişi ilə zəngindir.
   Oktyabrın 21-də festival çərçivəsində Almaniyanın “Siminoloc” caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edilib.
   Möhtəşəm ifa nümayiş etdirən qrup konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim edərək musiqi ilə emosiyalar arasında bağlılığı bir daha sübut edib. Həvəskar və peşəkar ifaçıların qatıldığı dərslərdə klassik və müasir caz sənətinin imkanlarından danışılıb. 
   Həmçinin qrup caz sənətinin pop və klassik musiqinin müxtəlif janrlarını universal üslubda nümayiş etdirib.
   Paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqlarının da qatıldığı konsert proqramı maraqla qarşılanıb.