Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin “Riqoletto” operası növbəti dəfə nümayiş ediləcək.
   Səhnə əsərində Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi, Almaniyanın Manheym Milli Opera Teatrında müqavilə ilə çalışan Xalq artisti Əvəz Abdullayev ifa edəcək. Operada Xalq artisti Əli Əsgərov (Sparafuçille) və gənc solist Nina Makarova (Maddalena) da çıxış edəcək.
   Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələri laureatı Tatyana Qavrilova canlandıracaq.
   Ukrayna Milli Operasının solisti, Əməkdar artist, vokalçıların beynəlxalq müsabiqələri laureatı Dmitri Kuzmin isə Hersoq rolunda səhnəyə çıxacaq.