Oktyabrın 27-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Söz” ədəbi layihəsinin növbəti ədəbi-bədii gecəsi keçiriləcək.
   Şair Nigar Həsənzadənin rəhbəri olduğu layihənin budəfəki tədbirində gənc şairlər Səidə Sübhi, Atika Əliyeva, Səbinə Vəlibəyova, Ülviyyə Axundova və Solmaz Süleymanlı şeirlərini oxuyacaqlar.
    “Söz” ədəbi layihəsinin məqsədi Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığının təbliği, poetik axşamlara marağın artırılmasıdır.