Noyabrın 28-də Heydər Əliyev Sarayında sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın yaradıcılığına həsr olunmuş "Nəğmə dolu bir ürəyəm" adlı konsert proqramı təqdim olunacaq.
   Konsertdə xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Almaz Orucova, İlahə Əfəndiyeva, Rəşad İlyasov və başqa tanınmış ifaçılar çıxış edəcəklər. Bəstəkarın unudulmaz melodiyaları, gözəl və qəlbəyatan musiqiləri tamaşaçılara xoş anlar bəxş edəcək.