Oktyabrın 30-dan noyabrın 9-dək Səməd Vurğun adına Rus Dram Teatrının truppası Rusiyanın Smolensk, Pskov, Velikiye Luki şəhərlərində qastrol səfərində olacaq. 
   Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Federal Mərkəzinin qastrol fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində truppa M.F.Axundzadənin “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" və müasir rusiyalı dramaturq Pyotr Qladilinin "Afina axşamları" tamaşalarını oynayacaq.
   Tamaşalara teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verib.