İrəvan teatrı yeni mövsümü premyera ilə açıb

   Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni mövsümünün açılışı olub. Yaradıcı heyət əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı təqdim edib.
   Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
   Səhnə əsərində rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları çıxış ediblər.