Tələbə və Gənclərin XIX Dünya Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.
   Festivalda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə universitetin Musiqi sənəti fakültəsinin tələbəsi Valeriya Hüseynzadənin ifası maraqla qarşılanıb. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları ilə məşğul olan gənc və tələbələr arasında Kino və televiziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alıb.