Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında “Sağlam gənclik - sağlam gələcək” mövzusunda narkotiklərin insan həyatı üçün təhlükəsindən, bu bəşəri bəla ilə mübarizədən bəhs edən seminar təşkil edilib. Seminarda kollecin tələbələri və şəhər Peşə liseyinin şagirdləri iştirak ediblər. Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Polis şöbəsinin baş əməliyyat müvəkkili Yalçın Alısoy, İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafael Nəsirov və başqaları mövzu ilə bağlı çıxış ediblər.