Tanınmış jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tarix üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin dosenti Bəhram Məmmədlinin müəllifi olduqları “Urmiya xanlığı” kitabı İran İslam Respublikasında ərəb əlifbasında Azərbaycan dilində işıq üzü görüb. 
   Kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi və urmiyalı tədqiqatçı Məhəmmədrza İsmayılzadənin şəxsi təşəbbüsü ilə çap olunub.
   Urmiyanın “Yaz” nəşriyyatında çapdan çıxan kitab 1747-1869-cu illərdə mövcud olmuş Cənubi Azərbaycan xanlığının tarixindən bəhs edir. 
   
   S.Fərəcov