Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” etüd müsabiqəsində fərqlənənlər bu günlərdə Şamaxı rayonunun Avaxıl kəndinə sənət turu ediblər. Etüdçü rəssamlar təbiət qoynunda ölkəmizin dilbər guşələrindən olan Şamaxı təbiətini tabloya köçürüblər. 
   Səfərdə Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin əməkdaşları, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Əməkdar rəssam Asif Azərelli və gənc rəssamlar iştirak ediblər.