Noyabrın 3-də Gəncədə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, Bakı Yunus Əmrə İnstitutunun, Türkiyənin Gəncədəki konsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festival”ı keçiriləcək.
   Elmi-Metodik Mərkəzdən bildirilib ki, Bakı Yunus Əmrə İnstitutu ilə imzalanmış memorandum çərçivəsində reallaşan layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının təbliği, gələcək nəsillərə çatdırılmasıdır.