Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 18-dək keçiriləcək IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına hazırlıq davam edir.
   Festivalın ilk günü televiziya filmlərinə həsr ediləcək. 
   Noyabrın 15-də festivalda Çexiya, Portuqaliya, Ukrayna, Litva, Ekvador, Slovakiya, Türkiyə, Avstraliya, Estoniya, Rusiya, Böyük Britaniya, Bosniya və Herseqovina və Bolqarıstanın televiziya filmləri təqdim olunacaq. 
   Sonrakı günlərdə “Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Ekoturizm və digər turizm növləri”, “Reklam filmləri” kateqoriyalarında ekran əsərləri göstəriləcək.
   Nizami Kino Mərkəzində keçiriləcək festivala giriş sərbəstdir.
   Festivalın məqsədi turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir.