Azərbaycan
   
   1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. 
   1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub. 
   1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. Teatr, televiziya tamaşaları və filmlərdə (“Səhər”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
   1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
   1 noyabr 1949 - Əməkdar mədəniyyət işçisi, səs operatoru Tatyana Alekseyevna Kərimova anadan olub. "Azərbaycanfilm"də çəkilən “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatorudur.
   1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.
   1 noyabr 1956 - Kinorejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev anadan olub. Filmləri: “Sari gəlin”, “İlahi məxluq”, “Xeyirlə Şərin rəqsi” və s.
   
   2 noyabr 1934 - Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub. 20-dən çox kitabın müəllifidir. Dünya xalqları ədəbiyyatından tərcümələr edib. 
   2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. «Hicran», «Nəğməli könül», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Teatr və televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Ölsəm... bağışla” və s.) musiqi bəstələyib.
   2 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 - 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə teatrında, Milli Dram Teatrında çalışıb, filmlərə (“Cavad xan”, “Axınla aşağı” və s.) çəkilib.
   2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarındandır.

   Dünya
   
   1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
   1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.
   
   2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
   2 noyabr 1913 - Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
   2 noyabr 1965 - Hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştu, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s. 
   
   Hazırladı: Vüqar Orxan