Oktyabrın 15-dən davam edən Bakı Şopinq Festivalı şəhər sakinlərinin və qonaqlarının diqqətini cəlb etmək üçün daha bir kampaniya başladıb. Noyabrın 2-dən etibarən festivala qoşulan 20-dən çox mağazadan 1 dəfəyə 100 manatdan artıq alış-veriş edən hər kəs “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanacaq. Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Lotereya iştirakçılarına “Metro Park”dan 20 ədəd TV, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketindən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba hədiyyə olaraq təqdim ediləcək.