Milli Dirçəliş Gününə həsr olunmuş müsabiqə 
   
   Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Mərdəkan, Şağan və Şüvəlan qəsəbələri tam orta məktəblərinin şagirdləri arasında “İstedad sorağında” ifaçılıq müsabiqəsinin 3-cü, yekun turu keçirilib. 
   Oktyabrın əvvəlində başlanan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. 
   Yekun turda münsiflər heyəti I, II və III yerlərin sahiblərini müəyyənləşdirib. Noyabrın 15-də Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbirdə müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi və konsert keçiriləcək. 
   
   Lalə