Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq.
   Kollektiv festivalda gürcü yazıçısı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.
   Teatrın beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq.
   Səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir.