Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 3-də Balakən rayonundakı Heydər Əliyev Mərkəzində görkəmli fırça ustası, Əməkdar rəssam Həsən Haqverdiyevin (1917-1978) 100 illiyinə həsr olunmuş sərgi keçiriləcək.
   Sərgi 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilir.
   Xatırladaq ki, oktyabrın 27-də Bakıdakı Muzey Mərkəzində görkəmli rəngkar və qrafik Həsən Haqverdiyevin 100 illiyi münasibətilə “Davam” adlı sərgi açılıb.
   Rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərən rəssamın yaradıcılığında teatr-dekorativ sənəti xüsusi yer tutub. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını verib.