Oğuzda Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Oğuz” çay evinin binasında rayonun yaradıcı qadınlarının əl işlərindən ibarət sərgi keçirilib. “Zərif əllərin möcüzəsi” adlı sərgidə muncuqlarla, rəngli saplarla, lentlərlə, quaşla işlənən əl işləri tamaşaçılarda böyük maraq yaradıb. 
   Tədbirdə rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. Üç gün davam edən sərgidə əl işlərinin satışı da təşkil olunub.