Azərbaycanın qədim tarixi irs və sənətkarlıq mərkəzi, ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
    Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi UNESCO Katibliyinə təqdim edilmişdi. Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə səyləri nəticəsində Şəki şəhəri təşkilatın “Yaradıcı şəhərlər şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilib.
   UNESCO baş direktorunun qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
   2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 72 ölkədən 180 şəhər daxildir.