Türkiyə Statistika Təşkilatı iyul-sentyabr ayları üzrə turizm statistikasını açıqlayıb. Ölkənin turistlərdən əldə etdiyi gəlir cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artıb. Bu ilin iyul-sentyabr ayları ərzində Türkiyənin turizmdən gəlirləri 11 milyard 391 milyon 668 min dollar olub. Bunun 77 faizi xaricilərin, 23 faizi isə xaricdə yaşayan və ölkəyə səfər edən yerli vətəndaşların payına düşüb.
   Xərcləmələrin 8 milyard 855 milyon dollarını fərdi, 2 milyard 536 milyon dollarının paket tur xərcləmələri təşkil edib. Turistlər adambaşına ortalama 684 dollar xərcləyiblər. 

   Fariz